Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi


15:47     27 Fevral 2021 soyqu4.jpg

Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutyunyanla telefon əlaqəsi saxlayıb.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər bölgədəki və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

"Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri, bölgədə və rus sülhməramlılarının Dağlıq Qarabağda tapşırıqları yerinə yetirməsi vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə açıqlamada qeyd olunub.

Açar sözlər:

Oxunub: 350