Gürcüstanda koronavirusdan ölənlərin sayı 3510, Ermənistanda 3192-ə çatdı


11:20     28 Fevral 2021 21_02_28_1614497050.jpg

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 248 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 270 758 nəfərə, ölənlərin sayı isə 3 510 nəfərə çatıb.

Virusa yoluxanlardan 265 114 nəfərin sağaldığı bildirilir.

Ermənistanda isə yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 172 058 nəfərə çatıb.

Ötən sutka ərzində daha 265 nəfər COVİD-19-a yoluxub, 2 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3192 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 815 nəfərə yüksəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 459