MN: Azərbaycan əsgəri təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub


12:40     28 Fevral 2021 21_02_28_1614498678.jpg


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu vəfat edib.

Bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirib.

Onun nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

12:40

Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatı təqdim edirik:

"Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”, - deyə məlumatda bildirilir".



Femida.az

Açar sözlər:

Oxunub: 509