Şəmkir sakini tanışı tərəfindən bıçaqlanıb


14:22     28 Fevral 2021 bicaq.jpg

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Kür qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini İlham Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki İlham Hüseynov tanışı – Gündüz Zeynalov tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 435