İraqda 6 hərbçi minalanmış avtomobilin partladılması zamanı həlak olub


16:15     28 Fevral 2021 21_02_28_1614514751.jpg

İraqın Anbar əyalətinin Ramadi şəhəri yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində altı hərbçi öldürülüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Baghdadtoday.news” xəbərlər portalı bildirib.

Təhlükəsizlik qüvvələrinin nümayəndəsinin məlumatına görə, partlayış İraq qüvvələrinin Anbar əyalətinin qoşununun hərbləşdirilmiş dəstələrinə dəstək vaxtı keçirilən terrorçuluğa qarşı əməliyyatının gedişatında olub. Əsgərlər kənddə İŞİD terrorçuları tərəfindən tərk edilmiş avtomobili aşkar edib. Avtomobilin yoxlanılması zamanı güclü partlayış olub. Həlak olanlardan ikisi İraq ordusunun əsgəri, dördü yığma qoşun silahlılarının hərbçiləridir.

Açar sözlər:

Oxunub: 436