Tovuzda yanğın olub, ev sahibinin qızı xəsarət alıb


18:24     28 Fevral 2021 2018/03/yangin_yeni-rusiya_1522132480.jpg

Tovuz rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın məlumatına görə, hadisə Bozalqanlı kəndində, sakin Sahib Hənova məxsus ümumi sahəsi 80 kvadratmetr olan fərdi evdə olub. Hadisə zamanı ev sahibinin qızı Nigar Həsənova xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 588