Prezidentin 4 saatdan çox davam edən mətbuat konfransı Türkiyə mediasında
20:51 28 Fevral 2021
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Mətbuat türkdilli ictimaiyyətə bununla bağlı məlumat çatdırıb. Bildirilib ki, dörd saatdan çox davam edən mətbuat konfransında 35 media mənsubunun 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev Xocalı soyqırımı, Qarabağ müharibəsi, Ermənistandakı vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri kimi mühüm məsələlərə aydınlıq gətirib.
Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, “A Haber”, NTV telekanalları, “Yeni şafak”, “Hurriyet”, “Posta”, “Milliyet” və digər qəzetlərdə yer alan informasiyalar videomaterial və orijinal fotolarla təqdim olunub.
Məlumatlar “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama!”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və sair sərlövhələrlə yayılıb.
Oxunub: 473
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib