İki özbək bıçaqlandı- Bakıda


02:48     24 Dekabr 2015 729.jpg


Paytaxtda bıçaqlanma hadisəsi olub.

Femida.az report-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsi, Şəhər şossesindəki mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb.

O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Adambay Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 706