Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək
09:08 01 Mart 2021
Bu gün Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası baş tutacaq.
Femida.az-ın məlumatına görə, iclas videogörüş formatında keçiriləcək. Bu sayca dördüncü görüş olacaq.
Qeyd edək ki, işçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin (Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası ) yüksək səviyyədə təsdiqləməsi üçün təqdim etməlidirlər.
Femida.az
Oxunub: 342
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir