Cəlilabad polisi narkotik və silah-sursat ələ keçirdi
09:49 01 Mart 2021

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qəfərov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan 78 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən olan sövdələşmə əsasında Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
M.Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, 2 ədəd F1 əl qumbarası, “Makarov” markalı tapançaya aid 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxunub: 242
Oxşar xəbərlər
- Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrilib
- Cəlilabad polisi avtomobildən 14 kiloqramdan artıq narkotik aşkarladı
- Cəlilabadda iki ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb
- Cəlilabadda xarici ölkə səfirliyinin avtomobili qəzaya uğradı, xəsarət alan var
- Cəlilabad rayonunda 4 otaqlı ev yanıb
- Cəlilabadda gizli təşkil olunan toy mərasimi aşkarlandı
- Cəlilabadda narkotacirlər saxlanıldı
- Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
- Cəlilabad sakinlərindən 32 kq metamfetamin aşkar olunub
- Cəlilabadda keçmiş məhkum 4 kq narkotiklə tutuldu