Bələdiyyə sədri məsuliyyətə cəlb edildi
10:16 01 Mart 2021
Prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulmasını əks etdirən videogürüntülərlə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad Bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə Ilham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.
Oxunub: 428
Oxşar xəbərlər
- Bələdiyyə sədri həbs edildi
- Bələdiyyə sədri 3 min manat məbləğində cərimələndi
- Bələdiyyə sədri 3 min manat cərimələndi - Video
- Bələdiyyələrin fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb
- Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
- Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı rəsmi açıqlama
- Bələdiyyə sədrinə cinayət işi açıldı
- Bələdiyyələrin qanunsuz verdiyi 3500 hektar torpaq geri qaytarılıb
- Bələdiyyə işçiləri ilə bağlı Operativ Qərargaha müraciət olunacaq
- Bələdiyyə üzvləri üçün onlayn YADDAŞ KİTABÇASI