Son iki gündə 74 cinayətkar saxlanıldı
10:47 01 Mart 2021

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, fevral ayının 27-dən martın 1-də törədilən 64 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
Oxunub: 291
Oxşar xəbərlər
- Son 3 ayda 465 əlillik təyinatı ləğv edilib
- Son sutkada dünyada 513 797 nəfər koronavirusa yoluxub
- Son sutkada 4600-dən çox test aparılıb
- Son 3 ildə gömrükdə 4,6 ton narkotik aşkarlanıb
- Son günlər Bakıda tıxacların yaranmasının səbəbi
- Son 1 ayda yol qəzalarında 33 nəfər ölüb
- Son sutkada 8 minə yaxın test aparılıb
- Son sutkada 8 mindən çox test aparılıb
- Son üç ildə minimum pensiya məbləği 82% artıb
- Son sutkada 7 mindən çox test aparılıb