7 minə yaxın şagird üçün milli qiymətləndirmə keçiriləcək
11:21 01 Mart 2021
Martın 5-12-si III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.
7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.
Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.
Oxunub: 372
Oxşar xəbərlər
- 70 mindən çox insana vaksin vuruldu
- 700-dək qaziyə əlillik dərəcələri təyin olunub
- 700-ə yaxın qazi işlə təmin olunub
- 7 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
- 74 yeni yoluxma - 3 ölüm
- 748 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib
- 78 yaşlı kişi evində yanaraq ölüb
- 73 obyektdə epidemiya əleyhinə rejim pozulub
- 7 şagird koronavirusa yoluxdu
- 782 tələbə başqa universitetə köçürüldü