Azad olunmuş ərazilərə keçmək istəyənlər tutuldu
11:46 01 Mart 2021

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Keçirilmiş digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulmuş nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.
Araşdırmalarla onların Tərtər rayon sakinləri Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Oxunub: 234
Oxşar xəbərlər
- Azad olunmuş ərazilərdə modul tipli yataqxanaların quraşdırılmasına başlanılıb
- Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir
- Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub
- Azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılır - SƏRƏNCAM
- Azad olunmuş ərazilərin minadan təmizlənməsində iştirak edən rusiyalı mütəxəssislər təltif edilib
- Azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər saxlanılıb
- Azad olunan ərazilərdə 9 584 ədəd mina zərərsizləşdirilib
- Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı
- Azad olunan ərazilərlə bağlı daha bir layihə başladı
- Azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq