Narkotik alverçiləri ələ keçdi
11:48 01 Mart 2021
Şəmkir Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Edəniz Şöhləyev saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman 0.156 qram narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni tanışı Rahil Zamanovdan 10 manata aldığını bildirib.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zamanovun yeri müəyyən edilərək RPŞ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 16 ədəd müxtəlif bükümlərdə, ümumi çəkisi 8.021 qram qram narkotik vasitə olan, qurudulmamış “marixuana” aşkar edilib. R.Zamanov istintaqa verdiyi ifadəsində narkotik vasitəni yaxın dostu, rayon sakini Namaz Həsənovdan əldə etdiyini bildirib.
Davam etdirilən tədbirlər nəticəsində N. Həsənov da saxlanılaraq RPŞ-yə gətirilmiş və üzərinə baxış keçirilən zamanı gödəkçəsinin cibindən müxtəlif bükümlərdə, ümumi çəkisi 5.981 qram narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. N. Həsənov ifadəsində narkotik vasitəni, işlədiyi fermanın yaxınlığında özü yetişdirdiyini bildirib. Qeyd edilən yerə polis əməkdaşları baxış keçirmiş və oradan ağ rəngli politelen torbada, təmiz çəkisi 3 kq 490 qram, narkotik vasitə olan, qurudulmuş “marixuana” və 12 ədəd çətənə bitkisinin kolları aşkar edilib.
Aşkar edilən maddi sübutlar ekspertiziyaya təqdim edilib, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 395
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb