Şamaxı Rəsədxanası işçi axtarır
12:29 01 Mart 2021
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Femida.az xəbər verir ki, vakant yerlər müəssisənin Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsi üzrə elmi işçi (1), Qoşa ulduzlar və eruptiv proseslər şöbəsi üzrə elmi işçi (1), kiçik elmi işçi (2), Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsi üzrə aparıcı elmi işçi (1), kiçik elmi işçi (2), Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsi üzrə böyük elmi işçi (1) və Nəzəri Astrofizika və kosmologiya şöbəsi üzrə böyük elmi işçi (1) vəzifələrinədir.
Müsabiqədə elmi işçi vəzifələrinə “Astrofizika” (astrofizika ilə əlaqəli) ixtisası üzrə ali təhsili olan və elmi-tədqiqatlar aparan, aparıcı və böyük elmi işçi vəzifələrinə isə astronomiyanın müvafiq sahələri üzrə elmi dərəcəsi olan və son illərdə elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan şəxslər iştirak edə bilər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində müəssisənin elmi katibliyinə təqdim edilməlidir.
Oxunub: 544
Oxşar xəbərlər
- Şamaxıda yol qəzasında ər və arvad xəsarət alıb
- Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb
- Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürülüb
- Şamaxıda canavarlar mal-qaraya hücum ediblər
- Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
- Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq olub
- Şamaxıdan gətirilərək sığınacağa yerləşdirilən uşaqların son durumu açıqlanıb
- Şamaxı sakinindən qanunsuz odlu silah-sursat götürülüb
- Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb
- Şamaxı və Qaxda pirotexniki vasitələr satan şəxslər saxlanılıb