Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb


13:11     01 Mart 2021 piyada2.jpg

Sumqayıt şəhərində yol qəzası olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 27-si saat 23 radələrində şəhərin 11-ci mikrorayon ərazisində şəhər sakini O.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi B.Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 448