İmişlidə 2200 manatlıq dəmir qapı oğurlanıb


13:12     01 Mart 2021 2021/03/411463128_1614590018.jpg

İmişli rayonunda oğurluq hadisəsi olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 2 200 manat dəyərində dəmir qapı, su çəni və 15 ədəd radiator oğurlamaqda şübhəli bilinən şəhər sakini G.Ağakişizadə saxlanılıb.

Açar sözlər:

Oxunub: 245