Zərdabda kişi arvadını boğaraq öldürüb


13:56     01 Mart 2021 2016-05-10-HVgAIm-ermenistanda-kishi-onunla-intim-munasibetde-olmaqdan-boyun-qaciran-qohumunu-bogdu.jpg

Zərdabda kişi arvadını qətlə yetirib.


Femida.az xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

Açar sözlər:

Oxunub: 489