Xocavənddə Njdenin heykəli üçün seçilən yer tam qapadıldı
14:21 01 Mart 2021
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl ermənilərin Xocavənddə təxribata əl ataraq faşist Njdeyə ucaltdıqları heykəl demontaj edilmişdi.
Femida.az xəbər verir ki, Azərbaycanın tələbi ilə ərazidən götürülən heykəllə bağlı yenidən ermənilərdə narahatlıq baş qaldırıb. Buna səbəb Njdenin heykəli üçün nəzərdə tutulan ərazinin tamamilə qapadılmasıdır.
Bununla bağlı foto paylaşan erməni KİV-ləri yazırlar:
"Heykəlin olduğu məkanı gizlətmək və ya oranın gözə görünməməsi üçün yanvar ayında tikilmiş bu yer indi xüsusi "brezentlə" örtülüb. Xatırladaq ki, son vaxtlar azərbaycanlıların Ermənistanın "milli qəhrəmanı"nın abidəsinin sökülməsini tələb etdikləri barədə məlumatlar yayılmışdı. Məlumata görə, hazırda bu, heykəl qalmaqalını yatırmaq üçün atılan növbəti addımdır. Heykəlin sökülməsi yerli əhali arasında ictimai etiraza səbəb olduğundan onu örtmək, qapalı saxlamaq qərarı verilib".
Qeyd edək ki, erməni fəallar yerli əhalinin həmin əraziyə ziyarətə gəlməməsi üçün oranın ümumiyyətlə görünməz hala gətirildiyini deyirlər.
Femida.az
Oxunub: 420
Oxşar xəbərlər
- Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
- Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib
- Xocavənddə tikinti şirkətinin əməkdaşında narkotik aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə tank mərmiləri aşkarlanıb
- Xocavənddə erməni hərbçilərin cəsədləri aşkarlanıb
- Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın baş verib (VİDEO)
- Xocavənddə yeni hərbi hissələrin açılışı olub - VİDEO