Qanunsuz ov edən üç nəfər tutuldu


14:34     01 Mart 2021 qanunsuz%20ovcu.jpg

Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən fevralın 26-da Yenikənd kəndi ərazisində qanunsuz ov edən Qarabağlı kənd sakinləri N.Rüstəmov, M.Əkbərov və R.Əmralıyev tutulub.

Onlardan 2 ədəd “Huğlu” və 1 ədəd “Cıfsan” markalı ov tüfəngləri götürülüb.

Açar sözlər:

Oxunub: 411