İqtisadiyyat Nazirliyi "Bazarstore"da pozuntu aşkar edib
15:00 01 Mart 2021
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.
Femida.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, fevralın 26-da keçirilmiş monitorinqlər zamanı Səbail rayonunda “Bazarstore” mağazasında, Nizami rayonunda Teymur Cabirova məxsus çörək sexində, Binəqədi rayonunda "PAK-46" ərzaq mağazası”nda, Nərimanov rayonunda Əliəkbər Mirzəyevə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə, 4 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Femida.az
Oxunub: 518
Oxşar xəbərlər
- İqtisadiyyat naziri özünə daha bir müşavir təyin edib
- İqtisadiyyat Nazirliyində yeni təyinat olub
- İqtisadiyyat Nazirliyi Qarabağın bərpası üçün konsepsiya hazırlayır
- İqtisadiyyat naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
- İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları
- İqtisadiyyat Nazirliyi istehlakçılara bildirişlər göndərməyə başlayıb
- İqtisadiyyat Nazirliyi hüquqi və fiziki şəxslərə müraciət etdi
- İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları
- İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı - QƏRAR
- İqtisadiyyat Nazirliyində maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb