Minik maşını traktorla toqquşdu, ölən var


13:12     24 Dekabr 2015 2a891a29d897270ab03944068bb42e5b.jpg

Ağcabədi rayonunda, Ağcəbədi-Zərdab yolunun 7-ci kilometrliyində "Saipa" markalı minik avtomobili ilə “MTD” markalı traktor toqquşub.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan sərnişin, 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Açar sözlər:

Oxunub: 1043