Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
16:12 01 Mart 2021
Martın 1-də saat 10 radələrində Zərdab rayon ərazisində 1968-ci il təvəllüdlü İsrəfilova Rəhilə Şahvələd qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Zərdab rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 491
Oxşar xəbərlər
- Zərdabda 72 yaşlı kişi intihar edib
- Zərdabda 57 yaşlı kişi intihar edib
- Zərdabda qeyri-adi oğurluq hadisəsi baş verib
- Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb
- Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb
- Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
- Zərdabda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb
- Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlanıb
- Zərdabda karantinə görə toy sahibləri cərimələnib
- Zərdabda koronavirus pandemiyasına qarşı tədbirlər davam etdirilir