125 yeni yoluxma - 3 nəfər öldü


17:17     01 Mart 2021 2020/03/koronavirus_1585572132.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4205, ötən müddət ərzində isə 2 602 884 test aparılıb.

Açar sözlər:

Oxunub: 275