2 ay komada qalan qazimizdən xəbər var
17:47 01 Mart 2021
Cahangir Əliyev İkinci Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vurub. 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.
Femida.az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin vaxt yoldaşlarından 4 nəfər şəhid olub. Yanlarına düşən minomyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.
Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəfdən kəllə sümüyü sınıb, barmaqları qopub.
Qazimizin evində olan əməkdaşlarımız hazırda hospitalda müalicəsini davam etdirən Cahangir Əliyevlə videobağlantı yarada bilib.
Qazimizin atası deyir ki, oğlu sentyabrın 27-də hər kəs kimi döyüşə yollanıb. Bir neçə gün Cahangirdən xəbər ala bilmədikdə onlara övladlarının şəhid olduğu xəbəri verilib. Ancaq sonradan ağır yaralandığı məlum olub.
Qeyd edək ki, 22 yaşlı qazi Cahangir Əliyev bu yaxınlarda "Yaşat" fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin davam etdirilməsi üçün yola salınacaq.
Oxunub: 498
Oxşar xəbərlər
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- 24 yaşlı gəncin kanalda batma anı - Video
- 20 ölkə 443 rusiyalı diplomatı ərazisindən çıxarıb
- 25 yaşlı gəncin meyiti tapıldı
- 25 il məhkumluq həyatı yaşamış narkotacir tutulub
- 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib
- 22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTO
- 2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi qərara alınıb
- 2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib
- 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər