Rusiya İrəvanda Rusiya-Erməni Universitetinin fəaliyyətinə dair sazişdən çıxıb


19:25     01 Mart 2021 21_03_01_1614611745.jpg

Rusiya İrəvanda fəaliyyət göstərən Rusiya-Erməni Universiteti haqqında sazişdə iştirakdan imtina edib.

Femida.az -ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın rəsmi hüquq informasiya portalında Nazirlər Kabinetinin dərc olunan sərəncamında bildirilib.

Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında İrəvandakı Rus-Erməni Universitetinin fəaliyyəti ilə bağlı razılaşmanın tərəfi olmamaq niyyəti barədə Ermənistan tərəfinə bildiriş göndərilsin.


Qeyd edək ki, Rusiya-Erməni Universiteti 1997-ci ilin avqustunda Moskvada imzalanan Ermənistan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış ikitərəfli saziş əsasında yaradılıb.

Açar sözlər:

Oxunub: 484