DYP-dən XƏBƏRDARLIQ – Bunu etməyən sürücülər 50 AZN cərimə ediləcək
09:55 02 Mart 2021

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı sürücülərə müraciət edib.
Femida.az Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində çəkiliş apardığımız zaman müəyyən etdik ki, sürücülərin çoxu prosesi son günə saxlayırlar.
Yağışlı havalar istisna olmaqla texniki baxışa təqdim edilən avtomobil mümkün qədər təmiz olmalıdır.
Texniki Müayinə Mərkəzinin əməkdaşı Elgiz Teymurov qeyd edib ki, bəzi sürücülər prosesdən yayınmaq üçün texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər.
Müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir.
Oxunub: 318
Oxşar xəbərlər
- Prezident: "Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi"
- İlham Əliyev: "Mənə qarşı çevriliş cəhdləri olmuşdu"
- İlham Əliyev: "Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir"
- Prezident: “Bu silah Ermənistanın əlinə necə düşdü? Cavab ala bilməmişik”
- Sumqayıtda reyd - Polis onları cərimələdi
- Macarıstan XİN rəsmisi: “Biz daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik”
- Fəxrəddin Altun: “Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”
- Hikmət Hacıyev: “Ermənilər Ağdamı məhv ediblər”
- AQTA: Qanunsuz fəaliyyət göstərən restoranın fəaliyyəti məhdudlaşdırılıb
- Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq