Şəmkirdə avtomobildən oğurluq edən şəxs saxlanılıb
10:22 02 Mart 2021

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, İntiqam Yusifov Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İ. Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 266
Oxşar xəbərlər
- Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib
- Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb
- Şəmkirdə DYP-yə yeni rəis təyin edilib
- Şəmkirdə gəlin qayınanasına xəsarət yetirib
- Şəmkirdə qadını döyən şəxs tutuldu
- Şəmkirdə avtoxuliqanlıq edən şəxs tutulub
- Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu
- Şəmkirdə koronavirus xəstəsi saxlanıldı
- Şəmkirdə 17 yaşlı oğlan öz həmyaşıdını qətlə yetirdi
- Şəmkirdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var