Bakıda DƏHŞƏTLİ QƏZA - Ana və uşağı maşın belə vurdu
11:55 02 Mart 2021

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.
Femida.az Avtosfer.az-a istinadən xəbər verir ki, gənc qadın məktəbli uşağın əlindən tutaraq piyada keçidindən yolu keçməyə çalışır.
Yolun bir hissəsini keçdikdən sonra dayanır və avtomobillərin gözləməsinə baxır. Daha sonra isə yolu keçmək istəyir. Bu zaman sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü piyadaları vurur. Hadisə nəticəsində ölən olmasa da hər iki piyada xəsarət alır.
Hadisəyə nəzər saldıqda avtomobillərin nizamlanmayan piyada keçidində dayanmadığının şahidi oluruq. "VAZ" avtomobilindən əvvəl bir neçə sürücü piyadaya yol verməyərək keçir. Nəticədə isə analoji qəza baş verir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirsə də neqativ hallar hələ də müşahidə edilməkdədir:
"Şəhərdə intensivlik müşahidə olunan yerlərdə yol polisi əməkdaşları piyada keçidlərində belə xidmət aparır. Burada iki amil var. Həm hərəkətin intensivliyinin saxlanması, həm də piyadaların təhlükəsiz şəraitdə yolu keçməsini təmin etmək əsas məqsəddir. Eyni zamanda vaxtaşırı mətbuat vasitəsilə sürücü və piyadalara müraciətlər olunur. Onlara təhlükəsizlik qaydaları izah edilir".
Vaqif Əsədov qeyd edib ki, yol polisi piyadavurma hadisələri ilə bağlı, demək olar ki, gündəlik olaraq videogörüntüləri təhlil edir, əsas problemləri aşkar edərək əvvəlcədən tədbirlər görməyə çalışır".
Bölmə rəisi deyir ki, piyadavurma hadisələri daha çox keçidlər və onlara yaxın ərazilərdə baş verir: "Ötən il 13 piyadavurma hadisəsi məhz elə piyadanın günahı ucbatından baş verib. Nəticədə ölüm olmasa da ciddi xəsarətlə yekunlaşıb. Sürücülərə bir daha müraciət edərək demək istəyirəm ki, hərəkət etdiyi yolda piyada keçidini görən zaman mütləq sürəti azaltsınlar. Hətta yolda heç kim olmasa da bir anlıq dayansınlar. Eyni zamanda piyadalar da avtomobilin dayandığına əmin olduqdan sonra yolu keçsinlər".
Oxunub: 302
Oxşar xəbərlər
- Bakıda piyada zolağının dekorativ kollara doğru çəkilişi nəzarətə götürülüb
- Bakıda sərnişin avtobusu piyadanı vurub
- Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan vəfat edib
- Bakıda daha bir yerdə yol hərəkətinin təşkilində dəyişikliklər edilib
- Bakıda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb - HADİSƏ ANI
- Bakıda tanışının evinə girib atəş açan saxlanıldı - FOTO
- Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı
- Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı - VİDEO
- Bakıda üzərinə qapı düşən körpə ölüb
- Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb