Qazimizə protez göz köçürüldü


13:42     02 Mart 2021 2021/03/nural-1614677573_1614678231.jpg


İsraildən Azərbaycana gələn həkim qrupu bu gün ilk xəstələrini müalicə ediblər.

Femida.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

“İlk gün, vaxt itirmədən: bu gün İsrail həkimləri ilk xəstələrini müalicə etdilər. Nuralı Abdullayev müharibə zamanı gözünü itirib və üzü deformasiyaya uğrayıb, amma bu gün o, İsraildən gətirilən protez gözə sahib oldu. Onun kimi onlarla digər azərbaycanlı artıq müalicə alıb. Qəhrəman həkimlər dayanmadan çalışırlar", - səfirliyin paylaşımında qeyd edilib.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü̈, İsrailin Azərbaycandakı Səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 418


Oxşar xəbərlər