Hərbçilərin maaşı artırıldı - RƏSMİ
17:54 02 Mart 2021

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.
"İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir”, - deyə məlumatda qeyd olunub.
Oxunub: 371
Oxşar xəbərlər
- 6 aydır komada olan müharibə iştirakçısı vəfat etdi
- Ermənistanda sürücü avtomobili piyadaların üzərinə sürüb - 2 hərbçi ölüb
- ABŞ Almaniyadakı hərbçilərinin sayını artırır
- Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi
- Prezident təltif olunan hərbçilərlə görüşdü - FOTOLAR
- Türkiyədə daha bir hərbçi şəhid olub
- Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvlərini qəbul edib
- Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb
- Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir
- Hərbçi yanaraq vəfat etdi