Bakıda yaşayış binasında yanğın olub, zərərçəkən var
21:05 02 Mart 2021

Bakıda yaşayış binasında yanğın hadisəsi olub.
Bu barədə Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 249
Oxşar xəbərlər
- Bakıda üzərinə qapı düşən körpə ölüb
- Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
- Bakıda gəmi yanıb
- Bakıda Türk Şurasının işçi qrupunun iclası keçirilir
- Bakıda universitet müəllimi onlayn dərs zamanı öldü
- Bakıda keçmiş məhkumdan narkotik götürülüb
- Bakıda ağır qəza baş verib
- Bakıda koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb
- Bakıda külək 14 ağacı aşırıb
- Bakıda piyadanı yük avtomobili vurub