Daha bir məktəb koronavirusa görə bağlandı


10:16     03 Mart 2021 mekteb_017777.jpg


Bakıda daha bir orta məktəb koronavirusa görə distant dərslərə keçib.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı tam orta məktəbdə COVİD-19 səbəbindən artıq iki gündür ki, tədris distant şəkildə keçirilir. Məlumatı məktəbdən Trend-ə təsdiq ediblər.

Qeyd olunub ki, növbəti həftənin ikinci günündən dərslərin adi qaydada bərpası planlaşdırılır.

Femida.az

Açar sözlər: #məktəb   #koronavirus  

Oxunub: 372