İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı
11:52 03 Mart 2021

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.
Belə ki, martın 3-də gecə saatlarında Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılıb və aidiyyatı üzrə Füzuli RPŞ-yə aparılıb.
Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri - R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.
Qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
Femida.az
Oxunub: 292
Oxşar xəbərlər
- Polis əməliyyat keçirdi - 68 kq narkotik götürüldü
- Ağdamın Bağbanlar kəndi - VİDEO
- "8 Noyabr" prospektində yenidənqurma işləri aparılır - VİDEO
- Onlayn ticarət zamanı kartlardan böyük məbləğdə vəsait tutulur? - RƏSMİ
- DYP: Cəriməsi olan avtomobillər Azərbaycana buraxılmayacaq
- FHN əməliyyat görüntülərini yaydı - VİDEO
- Sahibsiz itləri güllələyərkən 13 yaşlı uşağı öldürdü
- Naxçıvan Qarnizonunda məşğələlər keçirilib - VİDEO
- Prezident bu şəxsləri təltif etdi - SİYAHI
- "Mübarizlər yurdu" Biləsuvarın Aprel Şəhidləri - VİDEO