İki rayonda ev yandı


14:03     24 Dekabr 2015 c2e3e61cb6db194bc8f175a549f2f6e9.jpg

İki rayonda ev yanıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dəhlizinin və mətbəxinin tavanı 14 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər ev isə Füzuli rayonunda yanıb. Belə ki vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, 1 otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 1030