Azərbaycanda alim koronavirusdan vəfat etdi


12:53     03 Mart 2021 21_03_03_1614761636.jpg


Tanınmış tarixçi alim Dilavər Əzimli vəfat edib.


"Qafqazinfo" xəbər verir ki, koronavirusa yoluxan alim komada idi.

Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.

Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli 10 ildir pedaqoji fəaliyyətlə məşğul olub. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb.

Femida.az

Açar sözlər: #alim   #koronavirus  

Oxunub: 399