Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü
14:16 03 Mart 2021
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Quido Ambroso ilə görüşüb.
Qurumdan Femida.az-a verilən məlumata görə, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi 2019-cu ildə Cenevrədə keçirilmiş İlk Qlobal Qaçqın Forumunda Azərbaycan hökuməti tərəfindən səsləndirilən öhdəliklərin icrası ilə bağlı müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. COVID-19 pandemiyası dövründə qaçqın və sığınacaq axtaran şəxslərə göstərilən humanitar yardımlardan bəhs edən Vüsal Hüseynov BMT QAK-ın himayəsindəki bu kateqoriyalı insanların qanuni əmək bazarına çıxış imkanlarını yaxşılaşdırmaq üçün atılan addımlar, qaçqınların icbari tibbi sığorta sisteminə daxil edilməsi barədə də məlumat verib.
Xidmət rəisi, həmçinin Vətən müharibəsindən qalib ölkə kimi ayrılmış Azərbaycanın qüdrətli, müzəffər Ordusunun qələbəsindən söhbət açıb.
BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xüsusi karantin rejimi dövründə DMX tərəfindən elektron xidmətlərə keçidin üstünlüklərindən söhbət açaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə edilən güzəştləri, COVID-19 pandemiyası dövründə bu qəbildən olan aztəminatlı ailələrə göstərilən yardımları, həssas kateqoriyalı şəxslərin bütün müraciətlərinə çevik reaksiya verilməsini, qaçqın statusu əldə etmək üçün müraciətlərin dayandırılmamasını və bu istiqamətdə atılan digər mühüm addımları yüksək qiymətləndirib.
Cənab Quido Ambroso beynəlxalq media və diplomatik korpus, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə birgə işğaldan azad olunmuş Azərbaycan ərazilərinə təşkil edilmiş səfərlərdən də danışıb. 30 ilə yaxın bir müddət ərzində ermənilərin əzəli Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərin şahidi olduğunu, şəhər və kəndlərin yerlə-yeksan edildiyini bildirib.
Bu mənzərədən dərin sarsıntı keçirdiyini, şahidi olduğu faktlarla bağlı BMT QAK-ın Baş Qərargahına məlumat göndərdiyini deyib. O, həmçinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı yenidənqurmadan sonra qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması işinə töhfə verəcəklərini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxunub: 643
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub
- Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib
- Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırır - VİDEO
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
- Miqrasiya Xidməti Orduya 100 min manat ianə etdi
- Miqrasiya idarəçiliyi pandemiya sınağında - Vüsal Hüseynov yazır
- Miqrasiya xidmətinə aid bu arayışlar bütün "ASAN xidmət"lərdə veriləcək - YENİLİK