XİN başçıları Qarabağ bəyanatını müzakirə etdi
15:41 03 Mart 2021
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.
XİN-dən Femida.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verdi.
Nazir Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxunub: 355
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- XİN Eldar Həsənovdan 18,5 milyon manat tələb edir
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN Azərbaycan İran
- XİN Bosniya və Herseqovinanı təbrik edib
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN radio və televiziya işçilərini təbrik edib