Nazirlərin təxirə salınan görüşü tezliklə baş tutacaq


15:42     03 Mart 2021 2021/03/azerbaydzhan_turciya_i_gruziya_1614771830.jpg

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin təxirə salınan üçtərəfli görüşü ən qısa vaxtda baş tutacaq.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Hələlik görüşün dəqiq tarixi məlum deyil.

Qeyd edək ki, bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Açar sözlər:

Oxunub: 196