Düşmənin atıb qaçdığı hərbi texnikalar və silah tapıldı
15:46 03 Mart 2021
Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.
Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
- Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI
- Düşmənin növbəti hərbi kolonu məhv edildi
- Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub
- Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirilib - VİDEO
- Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
- Düşmənin 41-ci artilleriya alayının batareyası DARMADAĞIN EDİLDİ
- Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb - VİDEO
- Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikalar - VİDEO