Ağdamda idarə rəisi minaya düşüb


16:24     03 Mart 2021 minaa.jpg

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi 1967-ci il təvəllüdlü Hafiz Səlim oğlu Əzimzadə rayon ərazisində minaya düşüb.



Femida.az xəbər verir ki, bu barədə “Report” Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, minaya düşən H.Əzimzadə ağır yaralanıb:

“Hazırda o, Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ola bilsin ki, Bakıda yerləşən xəstəxanalarının birinə gətirilsin”.

Açar sözlər:

Oxunub: 328