Hulusi Akar Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşüb
16:50 03 Mart 2021

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada səfərdə olan bosniyalı həmkarı Sifet Podçiç ilə görüşüb.
Femida.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təkbətək və heyətlərarası gerçəkləşdirilən görüşlərdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşlərdə Türkiyə ilə Bosniya və Herseqovinanın birgə hərbi təlimlər və əməkdaşlığın daha da artırılmasına verdikləri önəm vurğulanıb.
Görüşlərin yekununda nazirlər tərəfindən Türkiyə və Bosniya və Herseqovina arasında Hərbi Maliyyə Əməkdaşlığı Razılaşması və Nağd Yardım Tətbiqi Protokolu imzalanıb.
Oxunub: 214
Oxşar xəbərlər
- Hulusi Akar Montrö sazişi ilə bağlı bəyanata münasibət bildirib
- Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışığı olub
- Hulusi Akara verdiyi sözü tutan şəhid tankçımız - VİDEO
- Hulusi Akar Azərbaycan şəhidinin ailəsinə məktub göndərdi - FOTOLAR
- Hulusi Akar Pakistan HHQ-nin komandanı ilə görüşdü
- Hulusi Akar Bakıdadır - Qarabağdakı mərkəz üçün
- Hulusi Akardan sərt Qarabağ açıqlaması: "Müharibə edə bilərik..." (VİDEO)
- Hulusi Akardan Qarabağla bağlı yeni açıqlama
- Hulusi Akar: Rusiya ilə Qarabağ Monitorinq mərkəzinin detallarını müzakirə edirik
- Hulusi Akardan Dağlıq Qarabağla bağlı yeni açıqlama