Azərbaycanda dərman şirkəti barədə inzibati protokol tərtib edilib


17:42     03 Mart 2021 21_03_03_1614778329.jpg

“Esam LTD” dərman şirkətinə statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimə protokolu yazılıb.

Femida.az -ın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilən protokola Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Qeyd edək ki, 2012-ci ildə təsis edilən “Esam LTD” dərman preparatlarının Azərbaycana idxalı və marketinqi ilə məşğul olur.

Açar sözlər:

Oxunub: 372