Stokholmda COVID-19-un üçüncü dalğası başlayıb


17:59     03 Mart 2021 21_03_03_1614778814.jpg

Stokholmda koronavirus infeksiyasının yayılması ilə əlaqədar epidemiya vəziyyəti pisləşməkdə davam edir.

Femida.az TASS-a istinadən xəbər verir ki, yerli səlahiyyətlilər də COVID-19-un üçüncü dalğasının başladığını söyləyirlər.

Bu gün keçirilən mətbuat konfransında bələdiyyənin Səhiyyə Departamentinin direktoru vəzifəsini icra edən Yuhan Bratt “bizdə infeksiyanın yayılmasının üçüncü dalğası var və o, artıq buradadır” deyib.

Son üç həftə ərzində regionda aşkarlanan yoluxma hallarının sayı təxminən iki dəfə artıb. Fevralın 22-dən 28-dək Stokholmda 6 336 yeni COVID-19 hadisəsi qeydə alınıbsa, üç həftə əvvəl bu göstərici 3 225 idi.

Yeni ildən sonra xəstəxanalarda COVID xəstələrin sayında azalma müşahidə olunurdusa, indi yenidən artım başlayıb və son hesabat günündə 318 nəfərin yoluxduğu bildirilib, onlardan 48-i də reanimasiya şöbələrindədir.

“Vəziyyətə çox ciddi yanaşıram. Hadisələrin səhiyyə xidmətinə ehtiyacı artıracağı inkişafını görmək istəmirik. Ardıcıl üçüncü həftədir yeni yoluxma hadisələrində 25 %-lik artım qeydə alınır. Bu, son üç həftədə aşkarlanan hadisələrin sayının ikiqat artması deməkdir”, - Y.Bratt deyib.

Açar sözlər:

Oxunub: 192


Oxşar xəbərlər