Auditdən yayınmağa görə şirkətə cərimə yazılıb


18:14     03 Mart 2021 21_03_03_1614779509.jpg

Maliyyə Nazirliyi "Equipment Rental Services” MMC barədə inzibati protokol tərtib edib.

Femida.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə tərtib edilən protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İşə hakim Elçin Məmmədovun sədrliyi ilə baxlacaq.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, "Equipment Rental Services şirkəti 2005-ci ildən qaldırıcı avadanlıq bazarında işləyir və yükvurma-yükboşaltma texnikalarının anbar komplekslərinə, limanlara, tikinti şirkətlərinə və əməliyyat bazalarına kompleks təchizatını həyata keçirir.

Açar sözlər:

Oxunub: 418


Oxşar xəbərlər