Balakəndə itkin düşən azyaşlı tapılıb
19:39 03 Mart 2021

Balakəndə polislər itkin düşən azyaşlını tapıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, “102” Zəng Mərkəzi Xidmətinə və Balakən Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini bir qadın 6 yaşlı övladının yaşadığı ünvandan təsadüfən çıxması və axtarışlarının nəticəsiz qaldığını bildirərək tapılması üçün köməklik göstərilməsini xahiş edib.
Polis Şöbəsinin Post Patrul Xidməti və Dövlət Yol Polisi bölməsinin əməkdaşları dərhal azyaşlının tapılması istiqamətində axtarış tədbirlərinə başlayıblar. Qısa zaman ərzində azyaşlı U.H şəhər ərazisində tapılaraq yaşadığı evində ailəsinə təhvil verilib.
Uşağın valideynləri övladlarının tapılaraq heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Oxunub: 221
Oxşar xəbərlər
- Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
- Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib
- Balakəndə yas mərasimləri keçirənlər cərimələndi
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
- Balakəndə restoranda toy edənlər cərimələndi
- Balakəndə reyd keçirildi, karantini pozanlar cərimələndi
- Lənkəranda və Balakəndə karantin qaydalarını pozan obyektlər aşkarlandı
- Balakəndə karantin qaydalarını pozan kafe aşkarlanıb
- Balakəndə narkotik yetişdirən şəxs saxlanılıb
- Balakəndə avtomobil atlını vuraraq öldürüb - FOTO