Kürdəmirdə minik avtomobili yük maşını ilə toqquşub, 6 nəfər xəsarət alıb
21:06 03 Mart 2021

Kürdəmirdə ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
"KamAZ" markalı qoşqulu yük maşını ilə Bakı şəhər sakini, 49 yaşlı Mübariz Əhməd oğlu Mustafayevin idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub.
Nəticədə "Mercedes"in sürücüsü M. Mustafayev və sərnişinləri - 35 yaşlı Leyla Yasin qızı Mustafayeva, 71 yaşlı Dursun Məhəmməd qızı Mustafayeva, 67 yaşlı Bəsti Məhəmməd qızı Mustafayeva, 36 yaşlı Təravət Yasin qızı İbrahimova və 13 yaşlı Nəzrin Xəyyam qızı Mustafayeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Oxunub: 223
Oxşar xəbərlər
- Kürdəmirdə budundan bıçaqlanan kişi ölüb
- Kürdəmirdə şəhid kapitan dəfn edildi
- Kürdəmirdə qatar yeniyetməni vurub
- Kürdəmirdə “KAMAZ”la" VAZ-2107" toqquşub, 2 nəfər hadisə yerində ölüb
- Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var
- Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb
- Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibi cərimələnib
- Kürdəmirdə yas mərasimi keçirənlər saxlanıldı
- Kürdəmirdə qadını öldürərək yandıran şəxs 2 ildən sonra tapıldı
- Kürdəmirdə qətl törədən şəxsin məhkəməsi başlayır