Lənkəranda oğul atasını bıçaqlayıb
22:01 03 Mart 2021

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə General Məhəmməd Əsədov küçəsi, 21 saylı evdə baş verib. Belə ki, Əliqismət Vidadi oğlu Hüseynov ailə-manaqişəsi zəminində atası, 49 yaşlı Vidadi Tavar oğlu Hüseynovu bıçaqlayıb.
Yaralı yaxınlarının köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V. Hüseynova döş qəfəsinin sol tərəfinin yan səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.
Hadisəni törədən Ə.Hüseynovun psixoloji problemləri olduğu və bir neçə il məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 285
Oxşar xəbərlər
- Lənkəranda piyadanı vurub qaçan sürücü saxlanıldı
- Lənkəranda 16 yaşlı qızın intiharı ilə bağlı YENİ DETALLAR: 7 aydır müalicə alırmış
- Lənkəranda saxta polis saxlanıldı
- Lənkəranda 16 yaşlı qız intihar edib
- Lənkərandan Astaraya sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb
- Lənkəranda avtomobil ağaca çarpılıb, sürücü yaralanıb
- Lənkəranda Qarabağ qazisi bıçaqlandı
- Lənkəranda bir gündə iki oğurluğun üstü açılıb
- Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
- Lənkəranda 14 yaşlı oğlan itkin düşdü