İrana səfər etməyin şərtləri açıqlandı
09:32 04 Mart 2021
İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəyə səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.
İran İslam Respublikasının Bakıdakı Səfirliyindən Femida.az-a verilən məlumata görə, bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməlidilər.
Daha sonra İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazəsi almalıdılar.
İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:
"Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.
Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40
Oxunub: 448
Oxşar xəbərlər
- İrana getmək üçün hansı sənədlər tələb olunur?
- İrana getmək istəyənlərin nəzərinə
- İrana yeni təyin olunan səfir Prezidentə təşəkkür etdi
- İrana məxsus gəmi vuruldu - SON DƏQİQƏ
- İrana gedən azərbaycanlıların sayı 61,8 faiz artıb
- İrana gedən azərbaycanlıların sayı 71,4 faiz artıb
- İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü
- İrana gedən azərbaycanlıların sayı artıb
- İrana gedən azərbaycanlıların nəzərinə! - Agentlikdən quş qripi xəbərdarlığı
- İrana gedən azərbaycanlıların sayı artıb